Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt qatarlarının hərəkətində yubanma var.
Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə paytaxtdan “Gənclər şəhəri”nə gedən sərnişinlər xəbər veriblər.
Onların sözlərinə görə, hər iki istiqamətdə qatarın olmaması Bakı Dəmiryol Vağzalına çox sayda insanın toplanmasına səbəb olub.
Bakıdan Xırdalan istiqamətində 18:35-də yola düşməli olan qatar platformaya gəlməyib, bütün sərnişinlər 18:45 qatarına minməli olublar.
Digər istiqamətə qatar verilməyib.