Bakıda avtobusda yanğın – FOTO

image-yanikbackend

Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Excelsior” otelin qarşısıda mirkoavtobusda yanğın baş verməsi səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Busaat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

***

13:55

Heydər Əliyev prospektində yanan avtomobil söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

“Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb”./APA

***

13:45

Paytaxtın Nərimanov rayonunda hotelin qarşısında avtobusda yanğın olub, yolda sıxlıq yaranıb.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti, “Excelsior” otelin qarşısıda mirkoavtobusda yanğın baş verib.

Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki