Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.84 $▼1.50%
  • WTI neft87.18 $▼1.31%
  • Avropa qazı (TTF)86.58 €▼4.81%
  • Təbii qaz (ABŞ)3.158 $▲0.00%
  • Qızıl3 866 $▼0.11%
  • Gümüş47.06 $▼0.56%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.00 ¢▲0.55%
  • Bitcoin64 918 $▼0.61%
  • Ethereum1 836 $▲0.06%
  • S&P 5007 497▼0.85%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Bakıda dəhşətli hadisə: Qadın "bacara bilmirəm" dedi, övladlığa götürdüyü qızdan imtina etdi

image-1683790948_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda qadın övladlığa götürdüyü 14 yaşlı qızdan imtina edib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Sədrin sözlərinə görə, qadın 14 il əvvəl övladlığa götürdüyü qızla bacara bilmədiyini deyib:

“Bu gün səhər saatlarında qızın analığı polis şöbəsinin əməkdaşları ilə birlikdə sığınacağa müraciət edib və bildirib ki, övladlığa qeyri-rəsmi bir uşaq götürüb, onu 14 il saxlayıb. Qadın artıq uşaqla bacara bilmədiyini dedi, vurğuladı ki, qızı sığınacağa təhvil vermək istəyir. Uşağın heç bir sənədi yoxdur. Bu da analığın məsuliyyətsizliyindən irəli gələn məsələdir”.

Kəmalə Ağazadə həmin qadına Sosial Xidmətlər Agentliyinə və müvafiq icra hakimiyyətinə müraciət etməyi tövsiyyə edib:

“Qadının 68 yaşı var, yəqin ki, uşağı 54 yaşında götürüb. Bilmirəm qohumdan, ya tanımadığı şəxsdən götürüb, amma fakt odur ki, bu qadın qanun pozuntusu edib. İndi də uşaqla bacara bilmir. Bu yaşda uşaqdan imtina etmək nə deməkdir? Bir uşaqdan imtina etmək onun taleyi üçün təhlükədir. Bu boyda məsuliyyətsizlik olmaz”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109345