Tanınmış ukraynalı milyarder, kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbsinin təfərrüatları məlum olub.
Busaat.az xəbər verir ki, “Report”un əldə etdiyi xəbərə, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham verilib.
Hazırda iş üzrə istintaq aparılır, Oleq Bakinski barəsində həbs qətimkan tədbiri seçilib.
Oleq Bakinskinin əməli sübuta yetirilərsə maddənin sanksiyasına görə o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Oleq Krapivin bir neçə gün qabaq Bakıda saxlanılıb. Onun saxlanması ilə bağlı xəbəri DİN mətbuat xidməti təsdiq edib.