
Bakıda külək yaşayış binasının pəncərəsini qopardı - FOTO
Bakıda güclü külək bir sıra fəsadlar törədib
Busaat.az-ın məlumatına görə, hazırda Bakının Nəriman Nərimanov rayonu İzzəddin Həsənoğlu 10 ünvanında külək binanın 10-cu mərtəbəsinin eyvanının pəncərəsini uçurub.
Qırılan pəncərə üçüncü mərtəbənin eyvanına düşüb.
Nəticədə üçüncü mərtəbədəki məznilin də eyvanına ziyan dəyib. Həmçinin, qırıntılar həyətdə dayanan iki maşına da ciddi ziyan vurub. 























