Bakıda maskalı şəxslər şirkətə basqın edib.
DİN-in Mətbuat xidmətindən Busaat.az-a bildirilib ki, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə 2 maskalı şəxsin girməsi barədə məlumat daxil olub. Onlar həyətdəki traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyiblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar – P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.