Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft91.84 $▼3.60%
  • WTI neft85.06 $▼3.71%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.121 $▼1.17%
  • Qızıl3 859 $▼0.29%
  • Gümüş46.91 $▼0.87%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin65 336 $▲0.03%
  • Ethereum1 829 $▼0.30%
  • S&P 5007 417▼1.91%
8°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097

Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır

image-9uuii9wcokwmufgabvjknh52iicnzlqhf8yw5bwcjpg-1727420269
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda özəl klinikaların birində cərrahi əməliyyat olunan 67 yaşlı kişi bir neçə saat sonra həyatını itirib.

Busaat.az xəbər verir ki, ailəsinin “Xəzər Xəbər”ə bildirdiyinə görə, iki gün əvvəl Şirvan Seyidəli oğlu Bayramov aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu ilə “Baku City Hospital”a yerləşdirilib. Elə həmin gün xəstəyə Angioplastika əməliyyatı icra olunub.

Həyat yoldaşı Tamella Bayramova bildirib ki, bir gün sonra onlara Şirvan Bayramovun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat verilib. Ailə hospitala çatdıqda onun keçindiyini bildiriblər.

T. Bayramova iddia edir ki, 10 gündən sonra özünü gümrah hiss edən Şirvan Bayramov həkimin təkidi ilə ikinci əməliyyata cəlb olunub. Onun sözlərinə görə, həyat yoldaşı ikinci əməliyyatdan əvvəl yenidən müayinə olunmayıb. Buna görə də ailəsi iddia edir ki, ölümün səbəbi həkim səhlənkarlığının nəticəsidir.

Məsələ ilə bağlı “Baku City Hospital”dan bildirilib ki, cərrah Ruslan Əliyev iclasda olduğu üçün danışa bilməyəcək. O da vurğulanıb ki, Şirvan Bayramovun ölüm səbəbi əməliyyatdan sonra ürək ritminin bərpa edilə bilməməsi olub.

Baş prokurorluqdan isə bildirilib ki, ailəsi Şirvan Bayramovun ölümü ilə bağlı prokurorluq orqanlarına müraciət etməyib.

Ətraflı süjetdə:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=148887