Bakıda məşhur restoranda dava: aşıq döyüldü

image-restoranda_davabackend

İş adamı Şərurlu İsfəndiyarın sahibi olduğu “Hollivud” restoranında insident yaşanıb.

Busaat.az Unikal.org-a istinadən xəbər verir ki, hotel biznesi ilə məşğul olan iş adamlarından birinin təşkil etdiyi ziyafətdə dava düşüb. Belə ki, ziyafətin aparıcısı, müğənni Nüşabə Musayeva ilə ev sahibi arasında anlaşılmazlıq olub. Bu zaman müğənni əlində olan bakalı yerə çırpıb.

Sonra məclisdə dava düşüb. Dava zamanı qonaqlardan biri aşıq Fəzail Miskinliyə yumruq vurub. Aşıq huşunu itirərək yerə yıxılıb.

Ziyafəti təşkil edən iş adamı qonaqları sakitləşdirməyi bacarıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90