Məzmuna keç
  • Brent neft111.72 $▼1.51%
  • WTI neft102.44 $▼1.61%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.899 $▲0.03%
  • Qızıl3 905 $▲0.14%
  • Gümüş49.62 $▲0.70%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin78 204 $▲1.01%
  • Ethereum2 271 $▲0.81%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

Bakıda təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq

image-22
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq.

Busaat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Belə ki, bir sıra özəl liseylər yeni tədris ilinin 2-3-9 sentyabr tarixlərində başlayacağı barədə valideynləri məlumatlandırıb.

Məsələni dəqiqləşdirmək üçün bəzi liseylərlə əlaqə saxlanıb.

Sorğuya cavabda məlum olub ki, “Bakı Atatürk Liseyi”ndə yeni tədris ilinə 1, 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 9-dan, “İdrak liseyi”ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, “Kaspi liseyi”ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, “Baku-Oxford School”da yeni tədris ilinə bütün siniflər üzrə sentyabrın 2-dən, məktəbəqədər hazırlıq qrupları üzrə isə sentyabrın 3-dən başlanılacaq.

“LANDAU School”da ingilis dili sektoru üzrə ibtidai siniflər sentyabrın 2-dən, yuxarı siniflər isə sentyabrın 3-dən dərslərə cəlb olunacaq.

Xatırladaq ki, bu il Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Bununla yanaşı, COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145534