Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.34 $▼0.45%
  • WTI neft101.58 $▲0.24%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.028 $▼1.17%
  • Qızıl4 088 $▲0.78%
  • Gümüş54.41 $▲0.55%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 205 $▲0.50%
  • Ethereum2 363 $▲0.69%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Bakıda tibbi maska qıtlığı: "Bir nəfərə iki ədəddən artıq satmırıq" - FOTO - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi ağız maskasına tələbatı artıb. Bununla əlaqədar bəzi insanlar apteklərdə ağız maskasını və tibbi spirti tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

“Report”un əməkdaşı vəziyyəti öyrənmək üçün paytaxtda yerləşən bir neçə aptekə baş çəkib və tibbi ağız maskalarına olan tələbatın həcmini öyrənib.

Apteklərdən birində əczaçı maskaların limitlə satıldığını bildirib:

“Biz bir müştəriyə 5 ədəddən artıq qoruyucu maska satmırıq. Çünki depodan limitlə verilir, hazırda satılıb qurtarıb. Yenidən veriləcəyini gözləyirik. Spirt isə ölkəmizdə istehsal olunduğu üçün limit nəzərdə tutulmayıb. Alıcılıq qabiliyyətinə gəlincə, bu, həmişə olub, lakin dünəndən etibarən alıcıların sayı artıb. Qiymətlərdə isə artım yoxdur. Sadə birqat maska 10 qəpik, 100 ml. spirt 50 qəpiyədir”.

Digər əczaçı isə deyib ki, tibbi ağız maskaları artıq bitmək üzrədir:

“Demək olar ki, depolarda da ağız maskası yoxdur. Əvvəllər limitlə verirdilər, indi onu da vermirlər. Hazırda bir nəfərə iki ədəddən artıq satmırıq. İkiqat maska 20 qəpik, üçqat isə 30 qəpiyə satılır. Spirtin satışında isə limit yoxdur. Qiyməti də əvvəlki kimidir”.

Qeyd edək ki, Çində koronavirus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb. Bəzi mənbələr İranda 18 nəfərin, bəziləri isə 12 nəfərin öldüyün bildirir.  Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə koronavirusun aşkarlanmadığı barədə məlumat yayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=4679