Bakıda transseksuallar gecəyarısı insident törətdi – Video + Yenilənib

image-cinsiazliqiqiqiqiqqqqqqbackend

Gecə saatlarında Bakının Qara Qarayev prospektində yerləşən restoranlardan birinin qarşısında insident baş verib.

Busaat.az  xəbər verir ki, cinsi azlıq nümayəndələri (transseksuallar) restorana buraxılmadıqlarına görə orada səs-küy salaraq ictimai asayişi pozublar. Onların ərazidə xidmət aparan polis əməkdaşına da zərbə endirdiyi bildirilir.

Əldə etdiyimiz məlumata görə, xuliqanlıq əməli törətmiş cinsi azlıq nümayəndələri polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

İnsidentin görüntülərini Baku.ws-ə istinadən təqdim edirik:

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, xuliqanlıq hərəkətləri ilə müşahidə olunan hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır: “Həmin şəxslər saxlanılıb və araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq. Baş verən hadisə şəxsi münasibətlər zəminindədir. Əlavə məlumat veriləcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90