Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft94.25 $▲3.24%
  • WTI neft87.41 $▲2.51%
  • Avropa qazı (TTF)93.71 €▲7.44%
  • Təbii qaz (ABŞ)3.306 $▲1.16%
  • Qızıl3 883 $▼2.44%
  • Gümüş50.10 $▼2.59%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda590.50 ¢▼1.83%
  • Bitcoin71 658 $▼3.07%
  • Ethereum2 005 $▼2.37%
  • S&P 5007 631▲0.18%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Sağlamlıq

Bakıda yeni virus yayılıb — Əlamətləri...

image-xestelik
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son günlər gündüz saatlarında temperaturun kəskin yüksəlməsi və isti hava dalğalarının təsiri ilə insanların kütləvi xəstələnməsi müşahidə olunur. İsti havanın əsas riskləri arasında susuzlaşma, istilik zədələnməsi və ürək-damar problemləri ön plana çıxır.

Tibb eksperti Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, mövsümə uyğun olmayan hava şəraiti adaptasiya olunmamış orqanizm üçün ciddi risk yarada bilər. Xüsusilə risk qrupuna daxil olan şəxslər, 65 yaşdan yuxarı və ya kroniki xəstəliyi olan insanlar təhlükə altındadır:

“Hər hansı xroniki xəstəliyin kəskinləşməsi, eləcə də 5 yaşa qədər uşaqların sağlamlığının pozulması ehtimalı mövcuddur. Temperaturun kəskin yüksəlməsi xüsusilə fevral ayında əlavə risk yaradır”.

Ekspert qeyd edib ki, həssas qrupların qorunması üçün əsas tədbirlər bol maye qəbulu, çay və su kimi qoruyucu vasitələrdən istifadə, virus infeksiyalarından qorunma və ümumi gigiyena qaydalarına riayət etməkdir.

“Hazırda fevral ayında qrip və digər respirator xəstəliklərin yayılması müşahidə olunur. Dövlət profilaktik məqsədlə qrip əleyhinə vaksinləri təmin edib və 5 yaşa qədər uşaqlar, həmçinin 65 yaşdan yuxarı şəxslər bu vaksinlərdən istifadə edə bilərlər”, – deyə o qeyd edib.

Qeyd edək ki, isti hava şəraitində risk qruplarının sağlamlığına xüsusi diqqət yetirilməli, qoruyucu tədbirlər gündəlik rejimin bir hissəsi olmalıdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180647