Bakıda zavodda kütləvi dava – Bir nəfər ölümcül döyüldü – Yenilənib

image-tia_3a6dfff6de84d6109a2bed7242a5ff6e_ml1xrjp2oseu57z3fkyw-640x336backend
Qobustanda, “El Metal Plus” QSC-də işçilər arasında dava baş verib.
Bakupost.az -ın xəbərinə görə, bir neçə şəxs 2001–ci il təvəllüdlü Nurlan Şahpələngovu vəhşicəsinə döyüblər. O, beynin ağır dərəcəli travması və dalağın partlaması diaqnozu 1 sayli Kliniki Tibbi Mərkəzə çatdırılıb və dərhal əməliyyata alınıb.
Zərərçəkənin vəziyyəti ağırdır.
***
Məsələylə bağlı DİN-in mətbuat xidmətindən  bildirilib ki, hadisəni törədən şəxs saxlanılıb, cinayət işi açılıb:
“Oktyabrın 15-də saat 12 radələrində paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən zavodda işçilərdən birinin xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla 2004-cü il təvəllüdlü Yaşar Qumbatovun münaqişə zəminində iş yoldaşı 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovun başına dəmir parçası ilə xəsarət yetirməsi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Qumbatov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.
Hazırda Qaradağ Rayon Polis İdarəsində istintaq araşdırması aparılır”.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki