Peskov: “Putin gündə yalnız bir neçə saat yatır”

image-1704913850_274856650_3136605259890938_765028428296916179_nbackend
image-uzb_ads_desk

“Rusiya prezidenti Vladimir Putin idman həyat tərzi keçirir və həmişə konsentrasiyanın zirvəsində qalır”.

Busaat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumunda (EEF) deyib.

“Düzünü desəm, bəzən onun bu qədər gücü haradan aldığını başa düşmək mənim üçün çətin olur. O, həmişə konsentrasiyanın zirvəsində olur. O, gündə yalnız bir neçə saat yatır”, – deyə mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, bəzən dövlət başçısının yatmağa gündə dörd saatdan da az vaxtı olur.

“Ancaq təbii ki, o, Rusiyada olanda hər gün idmanla məşğul olmağa çalışır”, – deyə Peskov vurğulayıb.

Yeganə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki