Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft93.06 $▲1.94%
  • WTI neft86.82 $▲1.82%
  • Avropa qazı (TTF)90.00 €▲3.19%
  • Təbii qaz (ABŞ)3.281 $▲0.40%
  • Qızıl3 936 $▼1.13%
  • Gümüş50.77 $▼1.28%
  • Pambıq82.64 ¢▲0.36%
  • Buğda598.00 ¢▼0.58%
  • Bitcoin73 352 $▼0.78%
  • Ethereum2 042 $▼0.58%
  • S&P 5007 619▲1.29%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Hadisə

Bakıdan rayona qonaq gedən 32 yaşlı kişi öldürüldü - Qayınatası tutuldu

image-2020-11-27-18-19-31olrht6ub4qzumgunlz8i_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Busaat.az xəbər verir ki, qətlə yetirilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbə sakini 1993-cü il təvəllüdlü Tural Abdullayev 3 il əvvəl Bakı şəhərində restoranların birində hadisəni törədən Sənan Əsgərovun qızı T. Əsgərova ilə tanış olub.

Bundan sonra onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar. Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub və cütlük ayrılıb. Ayrılandan sonra Tural Abdullayev T. Əsgərovanın videolarını “TikTok”da paylaşıb.

Buna qəzəblənən T. Əsgərova atasının yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndinə gəlib. 2 gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndinə gələrək T. Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib və onlar yenidən barışıblar. Bundan sonra Tural Abdullayev bir gün də qayınatasıgildə qonaq qalıb.

Ötən gecə isə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov otağa daxil olaraq onu bıçaqla vurub. Bu zaman mərhum Tural Abdullayev qayınatası S. Əsgərovun bud nahiyəsində bıçaqla xəsarət yetirib.

Hər iki şəxs xəstəxanaya aparılıb. Lakin Tural Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan .Əsgəovun müalicəsi isə xəstəxanada davam etdirilir.

Məlumata görə, hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini bildiribmiş. Hadisə vaxtı S. Əsgərov sərxoş olub.

Qeyd edək ki, T. Abdullayev Sənan Əsgərovun qızı T. Əsgərovanın ikinci ailəsi olub. Sənan Əsgərovun qızı T. Əsgərovanın iki övladı var.

Faktla bağlı araşdırma davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171518