Ukrayna prezidenti Volodimir Zelenski Türkiyənin vitse-prezident Cevdet Yılmazın paylaşımından sitat gətirib və Türkiyəyə dəstəyə görə təşəkkür edib.
Busaat.az xəbər verir ki, Zelenski ABŞ-da yerləşən X sosial media hesabında vitse-prezident Yılmazın paylaşımına istinadən yazı paylaşıb.
Yazıda Ukrayna lideri Türkiyəyə dəstəyə görə təşəkkür edib.
Vitse-prezident Yılmaz isə açıqlamasında bunları deyib:
“Bu gün prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın adından daha əvvəl dörd dəfə iştirak etdiyim beşinci “İstəkli Liderlər Koalisiyası Zirvəsi”ndə onlayn olaraq iştirak etdim. Fransa Prezidenti Emmanuel Makronun hibrid formatda ev sahibliyi etdiyi toplantıda ABŞ prezidentinin Ukraynada ABŞ-ın təşəbbüsü ilə ədalətli və davamlı sülhə nail olmaq üçün diplomatik səylər müzakirə edildi.
Türkiyə olaraq qalıcı sülhün bərqərar olması üçün hər sahədə aparıcı rol oynamağa hazır olduğumuzu və tərəflər arasında diplomatiya və dialoqa üstünlük verilməsinin vacibliyini bir daha bəyan edirik. Biz ədalətli və davamlı sülh əldə olunana qədər bütün imkanlarımızla diplomatik prosesə töhfə verməyə davam edəcəyik”.
Yeganə