Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft93.06 $▲1.94%
  • WTI neft86.82 $▲1.82%
  • Avropa qazı (TTF)90.00 €▲3.19%
  • Təbii qaz (ABŞ)3.281 $▲0.40%
  • Qızıl3 936 $▼1.13%
  • Gümüş50.77 $▼1.28%
  • Pambıq82.64 ¢▲0.36%
  • Buğda598.00 ¢▼0.58%
  • Bitcoin73 352 $▼0.78%
  • Ethereum2 042 $▼0.58%
  • S&P 5007 619▲1.29%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Cəmiyyət

“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTOLAR

image-esas
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sərfəli xidmətləri ilə tanınan “Nar” “Hüquqlarınla parla!” layihəsinə dəstək oldu. Layihə uşaq hüquqlarını uşaqlara tanıtmaq və onların sağlam inkişafını təmin etmək məqsədilə təşkil olunub.

Busaat.az xəbər verir ki, “Hüquqlarınla parla!” layihəsi çərçivəsində Bakı məktəblərində keçirilən görüşlərdə şagirdlər üçün təhlükəsiz internet mühitinin hüquqi aspektləri, zərərli vərdişlərdən qorunma yolları, sağlam həyat tərzinin önəmi və kibertəhlükəsizlik mövzularında interaktiv təlimlər keçirilib. Sonda təlim iştirakçıları imtahanda iştirak edərək öyrəndikləri bilikləri praktiki şəkildə tətbiq ediblər.

“Korporativ sosial məsuliyyət strategiyamızın təhsil istiqamətinə uyğun olaraq, uşaqların öz hüquqlarını tanımasını və təhlükəsiz mühitdə böyüməsini vacib hesab edirik. Bu təşəbbüs də şagirdlərə cəmiyyətimizin fəal üzvünə çevrilmək üçün zəruri olan bilik və bacarıqları qazandırır”, – deyə “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.

Qeyd edək ki, “Hüquqlarınla parla!” təşəbbüsü “Nar” və Regional İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Mobil operator tərəfdaşları ilə birgə təhsildə əlçatanlığı, bərabər imkanların yaradılması və inklüziv cəmiyyət istiqamətlərində davamlı sosial layihələr həyata keçirir. Nar.az saytına daxil olaraq mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında məlumat ala və əməkdaşlıq üçün müraciət edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 




MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171483