Bakını xilas edən qoçunu hansı məşhurun babası gülləyib?- ŞOK FAKTLAR

image-bakiqocubackend

Bu sözlər 1918-ci ilin martında Bakını işğal edən erməni-rus (daşnak-bolşevik) qüvvələrinə qarşı Maştağada cəbhə açmış Bakının adlı sanlı oğullarından birinə – Qoçu Əzizə məxsusdur. Maştağada anadan olan və gənc yaşlarından qoçu kimi tanınan Əzizin Bakıda hörməti sonsuz idi. Qoçu Nəcəfqulu, Kürdəxanalı Adil, Malbaş Yusif və digər qoçularla dostluq edən Əziz 1918-ci ilin mart hadisələri zamanı evini hərbi hissəyə çevrir. O, həm göstərişlər verir, həm də öz puluna aldığı patronları rabitəçi vasitəsilə döyüş xəttinə göndərirdi. Bütün kəndi başına yığan Qoçu Əziz caamata müraciət edir:

“Əvvəla, sözümə qulaq asıb gəldiyinizə görə çox sağ olun. Çünki mən burdakıların bəziləri ilə qan düşməniyəm. Bir-birimizin qohum-qardaşını öldürmüşük. Amma bu gün ayrı vaxta bənzəməz, bu gün düşmənçilik bizə yaraşmaz. Bu gün torpaq əldən gedir, Vətən əldən gedir, namus əldən gedir! Siz bilirsiz ki, mən baş kəsmişəm, amma namusdan keçməmişəm. Gəlün hər şeyi yaddan çıxardıb birləşək, torpağımızı düşməndən qoruyaq. Öldük heç, şəhid olarıq, qaldıq Vətəni xilas eləyək, genə ağa durub, ağacan durub. ”

Mart hadisələri günlərində Maştağa mollaları məscidlərdə bolşeviklərə qarşı “müqəddəs müharibə” elan edirdilər. Onlar deyirdilər ki, dindarların düşməni olan bolşevikləri öldürmək günah deyil,

Bakı şəhəri və ətraf kəndlərinin müdafiəsinədə böyük rol oynamış “Maştağa qarnizionu”nunda Qoçu Əzizlə yanaşı digər tanınan şəxs Qoçu Mürsəl də döyüşür.

Türklər Bakıya daxil olana qədər Maştağanı qoruyub saxlayan Qoçu Əziz və yerli sakinlər Maştağanın yaxınlığında yerləşən körpüdən bir qədər aşağıda, Zabrat yolu üstündə türklərlə birləşib erməni-rusları qova bilirlər.

Bakı XI ordu tərəfindən işğal olunduqdan sonra Maştağa kəndində Qızıl Orduya qarşı müqavimət güclü olduğuna görə komandan Ostrovskinin əmri ilə kənddə mühasirə vəziyyəti elan edilir və Maştağada anadan olan, bolşeviklərin tərəfdarı və rusların Azərbaycana gəlməsində rolu olan Məmməd Məmmədyarovu milli qüvvələri məhv etmək üçün Maştağaya göndərilir. O Maştağaya gələn kimi kəndin ağsaqqallarını, mollalarını, din xadimlərini və kənddə böyük hörmət sahibi olan qoçu Əzizi həbs etdirib onlardan qisas alaraq hamısını güllələyir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki