Bakının işğaldan azad edilməsi tariximizi necə dəyişdi? – TƏHLİL

image-407053385_1536931523backend

BU GÜN – 15 Sentyabr Azərbaycan tarixinin ən şanlı güblərindən biridir. Bakının işğaldan azad edilməsi kimi tarixə əbədi həkk olunun 15 Sentyabr eyni zamanda bölgənin siyasi gələcəyini dəyişdirən, Azərbaycan xalqının vahid mərkəzə toplanaraq ona qarşı çıxış edən bütün yerli və xarici qüvvələrə qarşı səfərbər olunmasının başlandığı gündür.

Bu gün həm də milli özünüdərkin başladığı, milli şüurun formalaşma prosesinin əsas qələbələrindən birinin rəmzidir.

15 Sentyabr tarixinə qısa nəzər salaq.

1918-ci il, 28 May tarixində müstəqilliyinmi elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti (AXC) ilk gündən Bakını yeni əsası qoyulmuş dövlətin paytaxına çevirmək istiqamətində addımlar atıb. Ancaq ilk günlərdən buna nail olmaq mümkün olmayıb. Çünki o zaman bölgədə siyasi-hərbi vəziyyət AXC-nin istəklərinin tam əksinə olub. Bakı rus-erməni hərbi-siyasi mərkəzlərinin işğalında olub və burada saxta hökümət mövcud olub. Bakının işğalda qalması həm də yeni qurulmuş müstəqil Azərbaycan dövlətinin gələcək varlığını kölgə altında qoyurdu. Ona görə də AXC höküməti əsas diqqətini Bakı və ətraf rayonları işğaldan azad etməyə yönəldib.

Ancaq AXC yeni qurulması və ordusunun yetərincə hazırlıqlı olmaması səbəbindən bu əməliyyatı tək etmək iqtidarında olmayıb. Yalnız Avropa dövlətlərinin narazılığına baxmayaraq, Anadoludan Nuru Paşa rəhbərliyində Azərbaycana dəstək üçün gələn Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cumhuriyyəti qüvvələrinin birləşməsi sonrasında Bakı istiqamətində həlledici və uğurlu əməliyyatlara başlanılıb. Nəticədə 15 Sentyabr, 1918-ci ildə Bakı erməni-rus işğöalından qurtarılıb.
Bu hadisədən sonra Bakının erməniləşdirilməsi və ya ruslaşdırılması planları mümkün olmur, şəhər ədəbi Azərbaycan dövlətinin paytaxtı olaraq qalır.

Bakı istər özünün coğrafi mövqeyi, istərsə də təbii sərvətləri ilə hər zaman dünyanın diqqət mərkəzində olub. Xüsusilə İkinci Dünya Müharibəsi illərində Bakının əhəmiyyəti özünü açıq şəkildə birüzə verib. Belə ki, döyüşən tərəflər – Almaniya, İngiltərə, Fransa, SSRİ kimi dövlətlər Bakını əldə saxlamaq üçün müxtəlif planlar qurub və bu planlar həmin dövlətlərin əsas məqsədlərindən biri olub. Bakıya sahib olmaq önəmli neft-qaz yataqlarına sahib olmaqla bərabər, həm də strateji əhəmiyyət kəsb edib.
Bu gün də Bakının əhəmiyyəti artmaqda davam edir. Tarixən mövcud olan enerji və strateji əhəmiyyətinin yanında, bu gün Bakı artıq diplomatik və iqtisadi mərkəzə çevrilməkdədir. Bu isə, onun dünya siyasətinə qoşulmasına və önəminin artmasına səbəb verir. Bakı Cənubi Qafqazın əsas siyasi-iqtisadi mərkəzi olaraq bölgə dövlətlərinin də dünya siyasətinə qoşulması perspektivlərinə malikdir ki, yaxın gələcəkdə bu amil Bakını dünya siyasətində aktiv oyunçu edə bilər.

Eyni zamanda Bakıya sahib olmaq Azərbaycan dövlətçiliyi üçün müstəsna əhəmiyyətə malikdir. Belə ki, özünün təbii sərvətləri və coğrafi mövqeyi ilə Bakı həmişə diqqət mərkəində olub və böyük dövlətlərin burada maraqlı olmasına səbəb olub. Bu maraq həmin ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafına və münasibətlərin qurulub möhkəmlənməsinə səbəb verib. Bu kimi böyük dövlətlər sırasında ABŞ, ingiltərə, Fransa, Almaniya, Çin, Rusiya, və İranı misal çəkə bilərik. Eyni zamanda dünyanın digər dövlətləri də Bakı ilə əlaqələr qurmaqda hər zaman maraqlı olub və bu Azərbaycan dövlətinin bütün sahələrdə inkişafının zəmininə çevrilib.

Bakının neft və qaz yataqları isə, dünya siyasətinin ən vazgeçilməzlərindəndir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və Rusiyanın Avropanı enerji təhlükəsizliyi ilə hədələdiyi məqamda Bakı neft-qazı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli dərəcədə rol oynayır. Bakı həm də Mərkəzi Asiya neft və qaz yataqlarından Avropaya enerji hasilatının tranzitinə çevrilə bilər ki, bu da Bakının nə qədər əhəmiyyətli siaysi-iqtisadi mərkəz olduğunu sübut etməkdədir.

Bakı həm də mədəniyyətlər mərkəzidir. Türk dövlətinin paytaxtı olan bu şəhər, əsasən Türk-İslam mədəniyyətinin sintezi olaraq bilinsə də, burada digər dinlərin və millətlərin mədəni varlığı qorunur və bu amil şəhərin mədəni zənginliyini daha da artırır.
Xülasə, həm mədəni zənginliyi, həm də siyasi-iqtisadi mərkəzə çevrilməsi amilləri ilə Bakı Azərbaycan dövlətinin dünya siyasətinə qoşulmasında və dünya siyasətində rolunun artmasında müstəsna rol oynayır.

Bakını bizim edən isə, Azərbaycan Xalq Cumhuriyyəti və Qafqaz İslam Ordusunun birlikə yazdığı o tarixi zəfər günüdür – 15 Sentabr! Məhz bu səbəbdən bu tarix Azərbaycan dövlətçiliyi üçün önəmli günlərdən biri sayılmaqdadır.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90