“Barselona” azarkeşləri Messiyə görə aksiya keçirdilər – Video

“Barselona” azarkeşləri Messiyə görə aksiya keçirdilər – Videobackend

“Barselona”nın azarkeşləri ötən gecə klubun ofisi qarşısında etiraz aksiyası keçiriblər.

Busaat.az xəbər verir ki, kapitan Lionel Messinin komandanı tərk etmək qərarına gəlməsindən narazı olan fanatlar klub prezidenti Xosep Bartomeunun istefasını tələb ediblər. Onlar klub rəhbərinin Messi ilə danışıq aparıb, onu komandada saxlamalı olduğunu bildiriblər.

Xatırladaq ki, argentinalı hücumçu komandanın yeni baş məşqçisi Ronald Kumanla görüşündən sonra komandadan ayrılmaq qərarına gəlib. Niderlandlı mütəxəssisin təklif etdiyi layihə onu razı salmayıb. Messi 33 yaşında olduğundan, titul qazanmaq üçün gözləməyə vaxtının olmadığını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90