“Barselona”dan getmək istədiyini Kumana bildirdi- Messi

“Barselona”dan getmək istədiyini Kumana bildirdi- Messibackend

“Barselona”nın kapitanı Lionel Messi klubun yeni baş məşqçisi Ronald Kumanla görüşüb.

Busaat.az Sportfan.az-a  istinadən xəbər verir ki, söhbət zamanı argentinalı hücumçu niderlandlı mütəxəssisə öz gələcəyini bu komandada görmədiyini bildirib. 33 yaşlı hücumçunun Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesablı məğlubiyyətdən məyus olduğu və klubda baş verənlərdən narazı qaldığı vurğulayıb. Messi eyni zamanda müqaviləsindəki öhdəliklərə görə Kataloniya klubundan ayrılmasının asan olmayacağını düşünür.

Qeyd edək ki, Messi 2019/2020 mövsümündə 44 matçda 31 qol vurub, 26 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90