Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.86 $▼0.47%
  • WTI neft90.82 $▼0.01%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.016 $▲0.60%
  • Qızıl4 136 $▲1.51%
  • Gümüş53.25 $▲2.52%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda592.75 ¢▲0.25%
  • Bitcoin75 312 $▲1.37%
  • Ethereum2 151 $▲1.53%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

"Baş nazirin, digər nazirlərin Qubada villaları var, onlar gedəndə o yolu görmürlərmi?" - Vahid Əhmədov

image-photo_163722
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan hökumətinin hesabatı parlamentdə müzakirə olunarkən Bakı-Quba yolu ilə bağlı məsələnin həllinin tapması ilə bağlı məsələ qaldırdım”.

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Baş nazir və digər şəxslərlə həmin iclasdan sonra da görüşüb.

“Bir daha bu tribunadan Baş nazirə müraciət edirəm ki, ya yolun təmiri, ya da alternativ yolun çəkilməsini təmin etsin. Mən Qubada idim, sakinlər artıq bu yoldan istifadə edə bilmirlər. Ümumiyyətlə, istər Baş nazirin, istər Baş nazirin müavinlərinin, digər nazirlərin Qubada, Qusarda, Xaçmazda villaları var. Onlar gedəndə o yolu görmürlərmi? Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələlərin həlli mümkündür. Yəni bu yolun təmiri üçün göstəriş verə bilərlər”, – deyə V.Əhmədov bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74465