Baş prokurordan iki təyinat

image-1709109199-kamranbackend

Gəncə hərbi prokuroru Emin Vəliyevə yeni müavin təyin edilib.

Trend-in məlumatına görə, müvafiq əmri Baş prokuror Kamran Əliyev imzalayıb.

Əmrə əsasən, Ədliyyə polkovnik-leytenantı Məmmədov Vasif Qulu oğlu Gəncə hərbi prokurorunun müavini təyin edilib.

Sumqayıt hərbi prokuroruna da yeni müavin təyin olunub. Oxu.az-ın məlumatına görə, Kamran Əliyevin müvafiq əmr ilə ədliyyə polkovnik-leytenantı Tural Nüsrət oğlu Həsənli Sumqayıt hərbi prokurorunun müavini təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki