Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.40 $▼1.96%
  • WTI neft86.53 $▼2.05%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.131 $▼0.85%
  • Qızıl3 861 $▼0.23%
  • Gümüş46.89 $▼0.91%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin64 635 $▼1.04%
  • Ethereum1 823 $▼0.61%
  • S&P 5007 473▼1.16%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Baş Prokurorluğun qarşısında etiraz edən vətəndaşla bağlı - Açıqlama

image-vete_copy
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mayın 17-də Baş Prokurorluğun binası qarşısında vətəndaş Ramil Hüseynov narazılığını ifadə edib.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub. Şikayətlə bağlı bildirilib ki, yaşadığı və dəyəri 170 min manat olan mənzilinin girov qoyulması müqabilində Ramil Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına “Aqrarkredit” QSC tərfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilib:

“Borclu tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı QSC-nin mülki iddiası üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında 14 iyun 2018-ci il tarixdə mənzil hərrac yolu ilə (ilkin satış qiyməti 186 min manat müəyyən edilməklə) satılaraq borc ödənilib, artıq qalan məbləğ isə vətəndaşa qaytarılıb.

Mənzilin satışı ilə bağlı ilk iki hərracda alıcı olmadığından növbəti hərracda qanunvericiliyin tələbinə əsasən mənzil 118 min manata dəyərləndirilməklə satılmış, lakin Ramil Hüseynov mənzili tərk etməyərək vəsaitin ona verilməsini tələb edib. Qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, Ali Məhkəmənin 8 may 2019-cu il tarixli qərarı ilə təmin edilməyib. Bundan sonra, mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə Ramil Hüseynovun irəli sürdüyü xüsusatlar üzrə Bakı şəhəri Yasamal rayon polis idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı toplanmış material üzrə şikayətçinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlarda cinayət hadisəsi müəyyən edilmədiyindən 10 mart 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub, həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində öyrənilərək 19 aprel 2023-cü il tarixli qərarla qanuni hesab edilib, Bakı Apellyasiya Məhkəməsinin 1 may 2023-cü il tarixli qərarı ilə Yasamal rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110051