Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.81 $▲3.44%
  • WTI neft90.20 $▲4.08%
  • Avropa qazı (TTF)89.87 €▲5.69%
  • Təbii qaz (ABŞ)2.966 $▲1.16%
  • Qızıl4 134 $▼0.39%
  • Gümüş52.81 $▼0.55%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda600.75 ¢▲0.17%
  • Bitcoin76 117 $▼5.36%
  • Ethereum2 254 $▼6.92%
  • S&P 5007 433▼3.33%
15°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Siyasət

Baş Prokurorluq: "Ermənistan Qərbi Azərbaycanda soydaşlarımıza qarşı cinayətlərə görə cavab verəcək"

image-bd481b329ff8065e688f2d471be2ae611648729879_basprokurorluqyeni-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək”.

Busaat.az-ın xəbərinə görə, bunu Baş Prokurorun müavini Elmar Camalov Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, soyqırımı və qətliamları özündə əks etdirən arxiv sənədlərin toplanması zamanı çoxsaylı yerli tarixi sənədlərlə yanaşı, xarici arxiv sənədlərin surətləri də əldə edilərək cinayət işinə əlavə edilib: “Əsrin əvvəlində, o cümlədən 1905-1906, 1918-1920, daha sonra 1948-1953-cü illərdə baş vermiş deportasiya, soyqırımı və qətliamları özündə əks etdirən arxiv sənədlərin toplanması zamanı çoxsaylı yerli tarixi arxiv sənədləri ilə yanaşı, xarici arxiv sənədlərinin surətləri də əldə edilərək cinayət işinə əlavə edilib. Hazırda bu istiqamətdə istintaqın aparılması davam etdirilir. Təbii ki, bu işin gedişatı və nəticəsi barədə ictimaiyyət Azərbaycan Baş Prokurorluğu tərəfindən məlumatlandırılacaq”.

E.Camalov vurğulayıb ki, eyni zamanda, Azərbaycan Baş Prokurorluğu, Ermənistan və onların havadarları tərəfindən törədilən cinayətlərlə bağlı beynəlxalq ictimaiyyətə və məhkəmələrə çatdırılması barədə təkliflərin hazırlanması istiqamətində işlər aparılmaqdadır: “Əminəm ki, birgə apardığımız işlər tarixi ədalətin bərqərar olmasına səbəb olacaq. Xalqımıza qarşı, o cümlədən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək, mümkün olan şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bütün qaçqın və məcburi köçkünlər isə öz doğma torpaqlarına qayıdacaqlar”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123099