Baş Prokurorluq Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirəcək.
Bu barədə Busaat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 18-də Baş Prokurorluq Masallıda 10-a yaxın regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil edəcək.
Tədbirdə, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.
Toplantı çərçivəsində, Masallı rayon prokurorluğunda “Açıq qapı” günü də olacaq.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfrans keçirilib.