Bayden Brüssel səfərində belə qorundu – Fotolar

image-baydenbrusselbackend

ABŞ Prezidenti Co Bayden iyunun 15-də Brüsseldə Belçika Kralı Filipp və Baş nazir De Kro ilə görüşüb.

Busaat.az “CNN Türk”ə istinadən xəbər verir ki, Kral Filipp Co Baydeni Kral Sarayında qarşılayıb.

Belçika Baş naziri Aleksandr De Kroonun da qatıldığı görüşdə koronavirus pandemiyası, Aİ ilə ABŞ arasındakı dialoq və iqlim dəyişikliyi kimi əsas mövzular müzakirə edilib. Səfər boyu ABŞ Prezidentinin qorunması üçün görülən təhlükəsizlik tədbirləri diqqət çəkib.

Baydenin Kralla görüşü zamanı bir təhlükəsizlik əməkdaşının “SkyWall 100 Anti Drone” silahı daşıdığı görüntülənib.

Baydenin gəlişi ABŞ-ın Belçika səfirliyi və NATO qərargahı qarşısında bəzi etiraz aksiyaları ilə qarşılandığı üçün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülüb. Belə ki, NATO sammiti boyunca Brüsseldə təxminən 4000 polis və təhlükəsizlik işçisi (Belçikanın ümumi polis qüvvəsinin 10%-i) təhlükəsizlik tədbirləri üçün səfərbər edilib.

 


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90