Baydendən çip addımı: “Eşitdim ki, Tsipin narahatdır”

image-1660121758_thumbs_b_c_0c967104d62175c2598b2fd68fa2ef6ebackend

Çin prezidenti Si Tsinpin ABŞ-da çip istehsalının artırılmasından narahatdır.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

Nyu York əyalətinin Sirakuza şəhərinə səfər edən Bayden Konqres tərəfindən qəbul edilən və çip istehsalını artırmaq məqsədi daşıyan qanundan danışıb.

Bu qanun sayəsində ABŞ-ın çip istehsalını yüzdə 500 artıracağını və xarici asılılığı azaldacağını ifadə edən Bayden, “Tsipinin bundan bir az narahat olduğunu eşitdim” – deyə, qeyd edib.

Bayden, ABŞ-ın bir çox ehtiyat hissələri üzrə xaricə asılılığını azaltmalı olduğunu bildirib və hər kəsi yerli istehsalı artırmağa çağırıb.

ÇİP VƏ ELM QANUNU

ABŞ prezidenti Co Baydenin avqustun 9-da imzaladığı “Çip və Elm Qanunu” ölkədə yerli yarımkeçirici istehsalını artırmaq üçün “birdəfəlik investisiya fürsəti” olaraq xarakterizə edilib və ABŞ-ın Çinə qarşı mövqeyini gücləndirmək məqsədi daşıyır.

Çip istehsalının Çindən təkrar ABŞ-a qaytarılmasını təşviq edən 280 milyard dollarlıq çip qanunu çərçivəsində önümüzdəki 6 ay ərzində yarımkeçirici fabriklərin tikiləcəyi və təkcə bu tikinti prosesinin 1 milyondan çox iş yeri demək olduğu bildirilib. İyulun 27-də ABŞ Senatında və bir gün sonra ABŞ Nümayəndələr Palatasında qəbul edilən ABŞ-da yarımkeçirici istehsalını artıran çip qanunu avtomobildən elektronikaya qədər bir çox sənayedə istehsalda fasilələrə səbəb olan çip çatışmazlığını aradan qaldırmağı hədəfləyir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90