Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft105.12 $▲0.72%
  • WTI neft96.93 $▲0.63%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.886 $▲0.73%
  • Qızıl3 936 $▼0.62%
  • Gümüş49.62 $▼2.19%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda605.25 ¢▼0.12%
  • Bitcoin76 673 $▼0.00%
  • Ethereum2 251 $▲0.04%
  • S&P 5007 541▼0.52%
13°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Baydenin İsrailə səfəri və İran müzakirəsi…

image-thumb600x0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Dövlət katibi Entoni Blinken və İsrail xarici işlər naziri Yair Lapid arasında telefon danışığı olub.

Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə gözlənilən səfərini müzakirə ediblər.

Qeyd olunub ki, Baydenin səfəri “prezidentin İsraillə dərin şəxsi əlaqəsini, ABŞ-ın regionda təhlükəsizliyin təmin edilməsinə və İsrailin güclənməsinə sadiqliyini” vurğulamaq imkanı verəcək.

“Səfər region və İrana qarşı mübarizə üçün mühüm təsirlərə, regional sabitlik və təhlükəsizliyin əhəmiyyətli dərəcədə artırılması üçün böyük potensiala malikdir”, – İsrail Xarici İşlər Nazirliyi bəyan edib

Lapid Blinkenə Türkiyə hökuməti ilə birgə antiterror fəaliyyətləri barədə məlumat verib.

Co Bayden iyulun 13-16-da ABŞ prezidenti kimi ilk dəfə Yaxın Şərqə səfər edəcək. Amerika lideri İsrailə, İordan çayının qərb sahilinə, Səudiyyə Ərəbistanına gedəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79975