Baydenin ofisində Ukrayna, İran və İngiltərə ilə bağlı “gizli sənədlər” İDDİASI

Baydenin ofisində Ukrayna, İran və İngiltərə ilə bağlı “gizli sənədlər” İDDİASIbackend

İddia edilib ki, ABŞ prezidenti Co Baydenin keçmiş prezident Barak Obama dövründə vitse-prezidentlik dövründən qalma şəxsi kabinetində “məxfi sənədlər” tapılıb. Həmin sənədlərdə Ukrayna, İran və Böyük Britaniya ilə bağlı kəşfiyyat məlumatları var.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı CNN öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Baydenin Vaşinqtondakı Penn Bayden Diplomatiya və Qlobal Münasibətlər Mərkəzindəki ofisində tapılan məxfi sənədlər arasında Ukrayna, İran və İngiltərə kimi mövzuların da yer aldığı kəşfiyyat və brifinq qeydləri yer alıb.

Xəbərdə sənədlərin məxfilik statusu qaldırılmış sənədlər də daxil olmaqla 4 qutu olduğu bildirilib və qeyd olunan sənədlərin 2013-2016-cı illəri əhatə etdiyi qeyd edilib.

Hesabatda Baydenin şəxsi vəkilinin ofisi bağlayarkən üzərində “şəxsi” yazılmış bir fayl gördüyü, onu açanda isə “məxfi sənədlər”lə qarşılaşdığı bildirilib.

Mənbənin sözlərinə görə, Baydenin komandası dərhal Milli Arxivlər və Qeydlər Administrasiyasına (NARA) zəng edib və müvafiq sənədləri “ehtiyatla” həmin quruma təhvil verib.

Bildirilir ki, sözügedən ofisdə tapılan qutuların əksəriyyətində Baydenin həyatını itirən oğlu Beau Baydenin dəfn mərasimləri və başsağlığı məktubları da daxil olmaqla çoxlu sayda şəxsi material var.

Baydenin məsləhətçilərindən biri olan Riçard Sauber dünən deyib ki, Baydenin Penn Bayden Mərkəzindəki şəxsi ofisində vitse-prezident vəzifəsində işlədiyi müddətdən qalan “məxfi məlumatları ehtiva edən az sayda sənəd” var.

Sənədlərin 2 Noyabr 2022-ci ildə “kilidli şkafda” tapıldığını bildirən Sauber, sənədlər tapılan kimi Baydenin şəxsi vəkillərinin Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladığını açıqlayıb.

Ağ Ev rəsmiləri Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığını açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90