Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.37 $▲0.48%
  • WTI neft102.05 $▲0.70%
  • Avropa qazı (TTF)94.52 €▼1.63%
  • Təbii qaz (ABŞ)3.044 $▼0.65%
  • Qızıl4 065 $▲0.20%
  • Gümüş53.97 $▼0.26%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda610.75 ¢▼0.12%
  • Bitcoin81 377 $▲0.71%
  • Ethereum2 369 $▲0.94%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Bayram günü taksilərdə gedişhaqqı ikiqat artırıldı: bəs, qanun nə deyir?

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dekabrın 31-də Bakıda fəaliyyət göstərən taksi xidmətləri qiymətləri 2 qat qaldırıblar.

Busaat.az-un məlumatına görə, bu barədə sosial şəbəkələrdə xeyli şikayətlər yazılıb. Vətəndaşların şikayətləri əsasən elektron qaydada sifariş qəbul edən taksi şirkətlərindəndir. Bildirilir ki, qiymətlər baha olmaqla yanaşı sifariş etdiyi taksilər də vaxtında gəlməyib. Faktı təsdiqləmək üçün bir neçə taksi şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, bayram günü yollarda tıxac olduğu üçün qiymətlərdə artım edilib və bu, günün pik saatlarında da eyni qayda üzrə tətbiq olunub.

Musavat.com-a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, qanunla taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və ya bu fəaliyyəti təşkil edən şirkətlərin hər hansı bir tarifi müəyyənləşməyib: “Ona görə də taksilər bayram günlərində taksilər qiymətləri artırırlar. Məlum olduğu kimi bayramda bütün dövlət şirkətləri, özəl müəssisələr işçilərə ikiqat maaş ödəyir. Görünür bundan taksi kimi xidmətlər də istifadə edərək, gediş haqlarını ikiqat qaldırırlar. Eyni zamanda bu, sürücülərin özləri tərəfindən də təşəbbüs kimi qaldırıla bilər. Çünki bayram günü onlar da işləyirlər və yəqin ki, aşağı qiymət olarsa, evdən çıxıb maşın sürməyə həvəsləri olmaz. Bir növ şirkətlər də onları stimullaşdırmaq üçün qiyməti qaldırırlar”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1281