“BBC” Ermənistanın Bərdəyə raket hücumundan yazdı– Foto

“BBC” Ermənistanın Bərdəyə raket hücumundan yazdı- Fotobackend

Dünyaca məşhur “BBC” telekanalı Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumundan yazıb.

Busaat.az  xəbər verir ki, telekanalın xəbərində qeyd olunub ki, hücum nəticəsində 21 mülki şəxs həlak olub, onlarla mülki şəxs yaralanıb.

Kanal Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən sitat gətirib: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mərkəzi bölgəsi Bərdədə mülki şəxslər arasında daha çox itkiyə səbəb olmaq üçün kaset bombalarından istifadə edirlər”.

Həmçinin sosial mediada yayılan görüntülərdə küçələrə dəymiş ziyan və nəqliyyat vasitələrinin yanında cəsəd torbalarında yola qoyulan bir neçə cəsəd olduğu bildirilib.

Yerli sakin Ülviyyə Babayeva bildirib ki, partlayışlar baş verən zaman yaxınlıqda olub və partlayışı eşidən kimi hadisə yerinə gəlib.

“Biz yanğın görürdük, bombalar atılırdı. İnsanlardan biri bank binasının qarşısında avtomobilin üzərinə yıxıldı, hər yerdə qəlpələr var idi”,- deyə o qeyd edib.

 

122688809 373322940455132 7712640913084627471 n
123145257 2839215509688955 604742336250561516 n
122516801 2750238228557529 8686133538625738654 n
123098528 805205246969017 4399986820545283479 n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki