image-ads_qayo_2000x150px

BDU-da “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində təlimlər DAVAM EDİR – FOTO/VİDEO

image-3backend
image-ad_qayo_720x110px
Yenicag.az xəbər verir ki, təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Təlimlərin ikinci günündə fotojurnalistika ilə bağlı iştirakçılar qarşısında “Anadolu” agentliyinin foto müxbiri Ruslan Rəhimov və Rəsul Rəhimov çıxış ediblər.

Ruslan Rəhimov deyib ki, xəbər, əsasən, 3 dayaq üzərində qurulur.

“Görüntü, foto və yazı. Təbii ki, yazı əsasdır. Ancaq görüntü və fotonun indiki dövr üçün əhəmiyyəti böyükdür. Hazırda əksəriyyət xəbər oxuyucusu başlığa və onu ifadə edən fotoya baxır”, – deyə o bildirib.

Rəsul Rəhimov isə qeyd edib ki, yazı ilə yanaşı fotonun da xəbər üçün əhəmiyyəti böyükdür.

“Sosial mediadan qəzetə qədər oxuduğumuz xəbərdə ilk olaraq fotoya diqqət edirik. Yəni ilk olaraq cəlb edən foto olur, daha sonra isə yazı oxunur. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, bir foto ilə bütöv bir hadisəni də aydınlatmaq mümkündür”, – deyə o əlavə edib.

Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü Vüqar İbadov isə bildirib ki, oxuculara bir və ya bir neçə foto ilə də məlumatı çatdırmaq mümkündür.

“Bunu bacardıqda isə avtomatik olaraq digər xəbər istehsalçıları da sizə istinad edir. Ümumi yanaşdıqda, fotomüxbir istər iştirak etdiyi konfransı, istərsə də baş verən hadisəni özündə analizlər edərək qeydə almalıdır. Bunu üçün isə dayanmadan və utanmadan daim təcrübə etmək lazımdır”, – fotojurnalist deyib.

Xatırladaq ki, “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda keçirilən təlim 4 gün davam edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki