Bakı Dövlət Universitetində “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda təlimlər davam edir.
Yenicag.azxəbər verir ki, təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Təlimlər “Reuters” agentliyinin əməkdaşı Əziz Elxanoğlu, BDU Jurnalistika fakültəsinin müəllimi Aygün Qurbanlının çıxışları ilə davam edib.
Fotojurnalistikanın sirləri ilə bağlı öz təcrübələrini bölüşən Ə. Elxanoğlu deyib ki, bu sahədə hansı istiqamət üzrə həvəs varsa, oraya yönəlmək daha məqsədəuyğundur.
“Məsələn, kimisi sənədli, kimisi küçə, kimisi də konflikt fotoqrafiyasına həvəs göstərə bilər. Lakin əsas sual var ki, insan özündə bunu sorğulamalıdır: mən nə üçün foto çəkirəm? Arxiv, media, həvəskar olaraq həmin fotoları istifadə etməyi bacarmaq lazımdır”, – deyə o bildirib.
A. Qurbanlı isə xəbər hazırlayan zaman hansı amilləri nəzərə alaraq, fotonun necə seçilməsi ilə bağlı öz biliklərini iştirakçılara çatdırıb.
“Medianı fotojurnalistikasız təsəvvür etmək qeyri-mümkündür. İctimai-siyasi həyatda baş verən hadisələri jurnalist sözlə, foto müxbirlər isə kadra aldığı görüntülərlə çatdırmağa çalışırlar. Burada əsas yük fotomüxbirin üzərindədir, çünki xəbəri əhatə edən görüntünün olması ən vacib faktordur”, – deyə müəllim bildirib.
Bakı Dövlət Universitetində “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına…
Azərbaycan xalqı tarixən milli maraqlar naminə, milliyyətçilik naminə canını, eşqini bu amala fəda etmişdir. Heç şübhəsiz, bu amal millət olaraq birləşməyin…
İran Xarici İşlər Nazirliyi G7 xarici işlər nazirlərinin Tehrana qarşı yaydığı bəyanatdakı iddiaları pisləyib. Busaat.az "Tasnim"ə istinadən xəbər verir ki…
Mikayıl Mirzəzadənin məqaləsi dünyanın nüfuzlu KİV-lərində dərc olunub “Plus Media Group”un təsisçisi və direktoru Mikayıl Mirzəzadənin beynəlxalq mətbuatda 11…
11-23 noyabr tarixlərində keçirilən COP29 (BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı) sammiti qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün yeni bir…