Beyons 28-ci dəfə “Qremmi” qazandı – Video

image-fdffffffbackend

Dünyaca məşhur müğənni Beyons 28-ci dəfə “Qremmi” mükafatına layiq görülüb.

Busaat.az xəbər verir ki, bununla da sənətçi bu mükafatı 27 dəfə qazanan amerikalı müğənni Elison Krausu geridə qoyaraq birinci yerdə qərarlaşıb.

“Tarix yenidən yazılır. Beyons indi ən çox “Qremmi” mükafatına sahib olan qadın müğənnidir”,- deyə təşkilatın tvitterdəki səhifəsində bildirilib.

Qeyd edək ki, ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən “Qremmi” dünyanın ən prestijli musiqi mükafatlarından biri sayılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90