Bir-birinə əzəli düşmən olan dövlətlərin yaxınlaşmasının səbəbi: Politoloq təhlil edir

Bir-birinə əzəli düşmən olan dövlətlərin yaxınlaşmasının səbəbi: Politoloq təhlil edirbackend

“2020-ci ili dünya üçün cəhənnəmə çevirən pandemiyanın müəllifinin Çin olduğuna nail olan ABŞ, növbəti ildə bu virusun vaksinini hazırlayan və dünyanı şərdən xilas edən xeyir obrazında qəhrəman kimi zühur edəcək”.

Busaat.az xəbər verir ki, bunu beynəlxalq aləmdəki mövcud siyasi gedişatı dəyərləndirən politoloq Xəyal Bəşirov qeyd edib.

Politoloqun fikrincə, növbəti ildən ABŞ-la Hindistan arasında ciddi yaxınlıq gözlənilir:

“ABŞ-ın məqsədi heç də əhali baxımından Çinlə yarışa girə biləcək yeganə ölkə kimi Hindistanın, böyük bir qismi səfalət içində olan bir milyard yarımlıq əhalisinin güzəranını yaxşılaşdırmaq deyil. Əksinə məqsəd postpandemiya dövrünə bütün dünya kimi ciddi iqtisadi böhranla daxil olacaq Hindistanın bu vəziyyətindən, elə onun özünün də əzəli rəqiblərindən biri olan Çinə qarşı maksimum istifadə etməkdir.

Çinə qarşı ABŞ-la Hindistanın ittifaqına böyük iqtisadi güc olan Yaponiya ilə yanaşı, Avropanın da dəstək olacağını düşünürəm. Çinin ən böyük təhlükə saçdığı, Çin və çinlilər üçün hazır yem olan Rusiya da bu məsələdə ABŞ, Hindistan, Avropa və Yaponiya ittifaqında yer almağa çalışacaq”.

X. Bəşirova görə, maraqlı məqam İran, Pakistan və hazırda regional gücdən qlobal gücə keçmə mərhələsində olan Türkiyə ilə bağlıdır:

“Pakistanın mövqeyi Hindistana düşmən münasibətindən bəlli olsa da, hazırkı məqamda vəziyyət bir az dəyişikdir. Məlumdur ki, Hindistanla Pakistan əzəli düşməndir və bu məsələdə Hindistan ABŞ-la Çinə qarşı ittifaqa girirsə, avtomatik olaraq Pakistanın Çinlə yaxınlaşması baş verməlidir.

ABŞ üçün Çini tərksilah etmək vacibdir və nəyin bahasına olur-olsun İranı və Pakistanı Çinə qarşı ittifaqa cəlb etmək və ya ən pis halda neytrallaşdırmaq lazımdır. Bu missiya da hazırda Türkiyənin üzərinə qoyulub. Belə bir qlobal missiya ilə müqayisədə Fransanın və ya onun dəstək verdiyi Ermənistanın əhəmiyyəti qızmar yay günlərində hamının yadından çıxıb evin bir küncündə qalmış istilik sobasının əhəmiyyətinə bənzəyir. Bu prosesdə Türkiyənin önəmli missiya daşımasının spesifik əsasları var. Çünki Türkiyənin hər ehtimala qarşı Asiyanın cənub-qərbindən başlayaraq uzaq şimal-şərq ərazilərinə qədər uzanan türk əslli xalqlarla bağlı öz planları var”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki