Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.32 $▲6.12%
  • WTI neft91.32 $▲5.38%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.954 $▲0.75%
  • Qızıl4 100 $▼1.21%
  • Gümüş51.76 $▼2.52%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin75 952 $▼5.57%
  • Ethereum2 234 $▼7.75%
  • S&P 5007 354▼4.36%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Media

“Birgə media platformalarının yaradılması işləri davam“Birgə media platformalarının yaradılması işləri davam etdiriləcək”

image-img_5380
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əminliklə deyə bilərik ki, Azərbaycan mediasının beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənir, media resurslarımızda dərc olunan materiallar ümumi informasiya axınının formalaşmasında yer tutmaqla yanaşı, beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşür, müxtəlif müstəvilərdə müzakirə predmetinə çevrilir, ictimai fikrin formalaşmasına təsir göstərir”. 

Busaat.az xəbər verir ki, bunu APA-ya müsahibəsində  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

O qeyd edib ki, mediamız öz peşəkar fəaliyyətini bundan sonra da layiqincə və ən yüksək səviyyədə həyata keçirməyə davam edəcək: “Xüsusi qeyd etməliyik ki, Medianın İnkişafı Agentliyi yerli media subyektlərinin xarici həmkarları ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində də çoxsaylı tədbirlər həyata keçirir. Bu kontekstdə birgə media platformalarının yaradılması yolu ilə qarşılıqlı maraq doğuran məsələlərdə media həmrəyliyinin formalaşdırılması və sağlam media şəbəkəsinin qurulması təmin edilməkdədir. Qeyd olunan uğurlu təcrübələr əsas götürülməklə bu növ birgə media platformalarının yaradılması istiqamətində işlər davam etdiriləcək”.

Ə.İsmayılov əlavə edib ki, əvvəlki təcrübələrimizə dayanaraq bir sıra dövlətlərlə birgə forumlar təşkil ediləcək: “Qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, müxtəlif dövlətlərin media ekosistemlərinin öyrənilməsi, müvafiq sahədə yeni trendlərin mənimsənilməsi, ümumiyyətlə media və kommunikasiya sferasında birgə əməkdaşlığın qurulması və gücləndirilməsi məqsədilə ikitərəfli forumlar keçirilir və gələcəyə yönəlmiş tərəfdaşlıqlar qurulur. Əvvəlki təcrübələrimizə dayanaraq bir sıra dövlətlərlə birgə forumların təşkili, bu prosesin sistematik şəkildə davam etdirilməsi, nəticədə media əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=165343