Son 24 saat ərzində Bitkoin də daxil olmaqla, qlobal kriptovalyuta bazarının dəyəri 4,1 faiz artaraq 2 trilyon 300 milyard dollara çatıb.
Busaat.az “Sabah”a istinadən xəbər verir ki, bu, “Coinmarketcap” analiz şirkətinin yaydığı məlumatda yer alıb.
Son 24 saatda Bitkoinin qiyməti təxminən 4,6 faiz artaraq 62 min 922 dollar səviyyəsinə çatıb. Bazar dəyərinə görə ikinci sırada olan “Ethereum” isə 4,7 faiz dəyər qazanaraq 3 min 353 dollara yüksəlib.
Məlumata görə, Bitkoin kriptovalyutasının qiyməti ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra baş verib. Bu artıma Trampın Bitkoin və digər kriptovalyutaların qiymətlərinin artmasına dair müsbət fikirləri təsir edib.