“Separatçıların Azərbaycanın şərtlərini qəbul edəcəyini gözləyə bilmərik. İnteqrasiya Azərbaycanın tələbidir”.
Bunu separatçı rejimin rəhbəri Arutyunyanın Azərbaycanın inteqrasiya tələbinə rədd cavab verməsi barədə fikirlərini səsləndirən politoloq Elxan Şahinoğlu Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, separatçıların Azərbaycana inteqrasiyaya olmağa razılaşmalarını gözləmək olmaz:
“30 ildir separatçılıqla məşğul olanlar Azərbaycana qəfildən necə inteqrasiya ola bilər? Onların beyni zərhələnib. 70 il sovet dönəmində sakit dursalar da arabir bizə qarşı təxribat törədiblər. Beyinləri zəhərlənib. Zəhərli beyindən normal məntiq və düşüncə gözləmək olmaz. Azərbaycana inteqrasiya etmək istəmirlərsə biz məcbur edəcəyik. Araik Arutyunyan cinayətkardır, onun inteqrasiya etməyinə ehtiyac yoxdur. Qarabağda yaşayan ermənilərə iki yollarının olduğunu izah etməliyik. Ya Azərbaycan Respublikasının qarnunlarına tabe olub firavan həyat yaşayacaqlar, ya da separatçılığa dəstək verəcəklərsə, Azərbaycanı tərk edəcəklər”.
“Separatçıların Azərbaycanın şərtlərini qəbul edəcəyini gözləyə bilmərik. İnteqrasiya Azərbaycanın tələbidir. Lakin reallıq onu göstərir ki, 30 il separatçılıqla məşğul olanlar birdən-birə fikirlərini dəyişə bilmir. Elə ermənilər ola bilər ki, bizim qanunlarla yaşamaq istəsin. Lakin başlarının üzərində əlisilahlı separatçılardan qorxurlar”, – politoloq əlavə edib.
Ələsgər / Busaat.az