BMT İnsan alveri ilə bağlı MƏLUMAT PAYLAŞDI

image-bm-birlesmis-milletler-reu-2038136jpg-1733917520backend

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi insan alverinə dair hesabat yayımlayıb.

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, hesabatda insan alverinin 2022-ci ildə COVID-19 epidemiyasından əvvəlki dönəmlə müqayisədə 25 faiz artdığı bildirilib.

Hesabatda uşaqların və böyüklərin məcburi əmək və cinayətə cəlb edilməsi məqsədi ilə insan alverində ciddi artım olduğu, insanların xüsusilə yoxsulluq, münaqişələr və iqlim şəraiti səbəbindən insan alveri şəbəkəsinə düşmə ehtimalının daha yüksək olduğu vurğulanıb.

Hesabatda 2022-ci ildə 74 min 785 nəfərin insan alveri şəbəkəsindən ziyan gördüyü, qurbanların 61 faizinin qadın və qızlar olduğu diqqətə çatdırılıb.

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki