Məzmuna keç
  • Brent neft110.20 $▲0.62%
  • WTI neft101.33 $▲0.37%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.042 $▲1.91%
  • Qızıl4 030 $▲0.20%
  • Gümüş54.02 $▼0.28%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin79 830 $▼0.27%
  • Ethereum2 306 $▼0.91%
  • S&P 5007 677▲0.71%
16°Bakı
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
Dünya

BMT-nin Baş katibi Quterreş iqlim böhranı ilə bağlı çağırış etdi

image-quterres
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş iqlim böhranı ilə bağlı ölkələr arasında etimadı bərpa etməyə çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb.

Məlumata görə, Misir Xarici İşlər naziri Samih Şükri və Quterreş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) 27-ci Tərəflər Konfransının keçirildiyi Şarm əl-Şeyxdə mətbuat konfransı keçirib.

Şimal və cənub ölkələri, eləcə də inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında etimadsızlıq olduğuna diqqət çəkən Quterreş, bu etibarsızlığın aradan qaldırılması üçün tez hərəkətə keçməyə ehtiyac olduğunu bildirib.

“Güvəni bərpa etməyin ən təsirli yolu, inkişaf etməkdə olan ölkələrə dəyən ziyan və maliyyə dəstəyi ilə bağlı iddialı və etibarlı razılaşma tapmaqdır. Biz bu olmadan ədalətdən danışa və iqlim dəyişikliyi istiqamətində effektiv adım ata bilmərik. Çünki öz aramızda etibarsızlıq var” – deyə, BMT-nin Baş katibi bütün tərəfləri təcili olaraq etimadı bərpa etməyə çağırıb.

Quterreş emissiyaları azaltmaq və bərpa olunan enerjiyə keçidi sürətləndirmək üçün bütün maliyyə və texniki dəstəyi səfərbər edəcək humanitar həmrəylik sazişinə ehtiyac olduğunu bildirib.

Misirin Xarici İşlər naziri Şükri bildirib ki, COP27-nin sədri olan Misir iqlim böhranı ilə bağlı bütün problemlərin qəti həlli üçün var gücü ilə çalışacaq.

COP27 konfransına qatılan bir çox ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə sadiq olduqlarını ifadə edən Şükri, iqlim dəyişikliyinin vurduğu zərərlərin ödənilməsi üçün maliyyə dəstəyinə ehtiyac olduğunu bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91011