Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 625 $▼3.81%
  • Ethereum1 838 $▼4.64%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

BMT: Qara dəniz gərginlik nöqtəsi olaraq qalır

image-bmt-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qara dəniz hələ də gərginlik nöqtəsi olaraq qalır. Dəniz təhlükəsizliyi və naviqasiya azadlığını dəstəkləmək üçün bütün əlaqədar tərəflərlə əlaqə davam edəcək.

Busaat.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rosemary Di Karlo  Ukraynadakı hadisələrlə bağlı yüksək səviyyəli sessiya zamanı bildirib.

BMT-nin baş katibi Antonio Quterreşin adından sessiyaya qatılan Di Karlo xatırladıb ki, Rusiya Federasiyasının Ukraynaya tam miqyaslı işğalından 1000 gün keçib.

Bu 1000 gündə BMT Nizamnaməsi və beynəlxalq hüququn kobud şəkildə pozulduğunu deyən Di Karlo milyonlarla Ukrayna xalqı nümayəndəsinin ağrı, dağıntı və ümidsizlik içində yaşadığını bildirib.

Müharibənin dayanmadan davam etdiyini qeyd edən BMT rəsmisi 2022-ci ilin fevral ayından bu yana 600-dən çoxu uşaq olmaqla ən az 12 min 164 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.

Di Karlı Rusiyanın mülki gəmilərə və liman infrastrukturuna, xüsusən də Odessada yenidən hücumlarının qlobal ərzaq təhlükəsizliyini daha da dərinləşdirdiyini vurğulayıb. Qeyd edib ki, baş verənlər Qara dənizi hələ də gərginlik nöqtəsi olaraq saxlamağa davam edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=152562