BMT rəsmisi: “Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq”

image-screenshot_62backend
Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq.

Busaat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Sakit Okean İnstitutunun prezidenti və BMT-nin Qlobal Razılaşmasının rəhbəri Jason Morrison bildirib.

“Iqlim üzrə məhkəmə proseslərinə gəldikdə, düşünürəm ki, kifayət qədər sürətli irəliləmirik. Yetərincə iddialı deyilik və nəticələr də bizim ambisiyalarımıza çatmaq üçün nəzərdə tutulmuş yolla uyğun deyil”, – deyə o qeyd edib.

Müsbət tərəflərə də toxunan J.Morrison bildirib ki, iqlimə uyğunlaşmanın əhəmiyyəti daha çox dərk edilməyə başlanılıb: “Bu istiqamətdə davamlılıq yaratmaq üçün mühüm addımlar atılır. Bu COP-da və növbəti COP-da su və iqlimə uyğunlaşma mövzuları əsas müzakirə mövzuları sırasındadır və qlobal fəaliyyət gündəmi çərçivəsində irəli çəkilir”.

O, Bakı Bəyannaməsinin xüsusi əhəmiyyətinə diqqət çəkərək əlavə edib: “Mən ümid edirəm ki, bu gün təqdim olunacaq Bakı Bəyannaməsi əsasında mövqeyimizi daha da gücləndirəcəyik və gələn il Braziliyaya doğru hərəkət edərkən bu impulsu artıracağıq”.

Qonaq bəyannamənin qlobal səviyyədə mühüm rol oynayacağını vurğulayıb, əlavə edib ki, davamlılıq və uyğunlaşma məsələləri qarşıdakı dövrdə qlobal gündəmin prioritet mövzularından olacaq.


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki