BMT Təhlükəsizlik Şurası Laçın yolu ətrafındakı vəziyyətlə bağlı iclas keçirəcək

image-14957065362856250246_1000x669backend

BMT Təhlükəsizlik Şurası Ermənistanın tələbi ilə Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı iclas keçirəcək.

Busaat.az xəbər verir ki, Bu barədə məlumat şuranın çərşənbə axşamı üçün nəzərdə tutulmuş proqramında yer alıb.

Məlumata görə, müzakirənin mərkəzində Laçın yolu ətrafında vəziyyət olacaq.

Qeyd edək ki, ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan New York-da olub və BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb. Mirzoyan Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı mövzu qaldırıb.

Dekabrın 12-də Azərbaycanın qeyri-hökumət təşkilatlarının fəalları Qarabağın Laçın-Şuşa yolunda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı etiraz aksiyasına başlayıb. Fəallar çadırlar qurub, Qızılbulaq və Dəmirli yataqlarına çıxış təmin olunmayana qədər oranı tərk etməyəcəklərini bildiriblər və burada qanunsuz mədənçilik hallarının artdığını bildiriblər. İrəvan bunu rəsmi Bakının qondarma respublikada humanitar fəlakət yaratmaq məqsədi daşıyan təxribatı kimi qiymətləndirib.

Busaat.azserhed

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki