“BMT Təhlükəsizlik Şurasını məhkəməyə verməliyik” – Deputat

“BMT Təhlükəsizlik Şurasını məhkəməyə verməliyik” – Deputatbackend

Azərbaycan BMT Təhlükəsizlik Şurasını məhkəməyə verməlidir.

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının səhlənkarlığı nəticəsində torpaqlarımız işğal olunub, işğal olunmuş ərazilərdə dağıntılar törədilib: “Haitidə BMT sülhməramlıları təhlükəli xəstəliyin yayılmasında günahlandırılaraq məhkəməyə verilmişdi. Biz də BMT Təhlükəsizlik Şurasını səhlənkarlığına görə məhkəməyə verməliyik”, – deputat bildirib.

Q.Həsənquliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindən sonra hökuməti tənqid etmək düzgün olmaz: “Onları təbrik edirəm. Biz şəhid ailələrinə, qazilərə daha diqqətlə yanaşmalıyıq, bizə qələbəni qazandıran onlar oldu”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki