Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 665 $▼0.51%
  • Ethereum2 375 $▼0.40%
  • S&P 5007 624▼0.52%
18°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
İqtisadiyyat

BOKT-un balans kapitalı və aktivləri dəfələrlə artıb

image-8672fb92-81c4-3bbb-b406-e8eb34c66521_850

“Aset Maliyyə Texnologiyaları” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 511 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 40 min manat zərərlə çıxmışdı.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, ötən il “Aset Maliyyə Texnologiyaları”nın vergiyəqədərki mənfəəti 718 min manat (əvvəlki il zərər olub), keçmiş illərin zərəri isə 207 min manat (24 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Aset Maliyyə Texnologiyaları”nın aktivləri 1,440 milyon manat olub ki, bu da illik müqayisədə 4,4 dəfə çoxdur. Bunun 736 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib. 2024-cü ildə BOKT-un kredit portfeli 4,9 dəfə böyüyüb.

Hesabat dövründə BOKT-un öhdəlikləri 9,8 dəfə artaraq 530 min manata, balans kapitalı isə 3,3 dəfə artaraq 911 min manata çatıb.

Xatırladaq ki, “Aset Maliyyə Texnologiyaları” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. BOKT-un təsisçisi 100 % Elçin Bağırovdır.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul