
Bolqarıstan və Rumıniyanın Şengen vizasına qoşulması barədə qərar qəbul edilib
Avropa Parlamenti Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Rumıniya və Bolqarıstanın Şengen bölgəsinə qəbul edilməsi haqqında qətnamə layihəsi edilib.
Busaat.az xəbər verir ki, sessiyada iştirak edənlərdən 49 nəfər qərarın əleyhinə, 547 nəfər isə, lehinə səs verib.
Təsdiqlənmiş layihədə Aİ Şurasından adı çəkilən iki ölkənin 2022-ci ilin sonuna qədər Şengenə qoşulması üçün təcili qərar qəbul etməsi istənilib. Bu istiqamətdə qərar qəbul olunarsa, Avropanın daxili sərhədlərində iki ölkə vətəndaşları üçün tətbiq edilən sərhəd nəzarətinin ləğv oluna biləcəyi xatırladılıb.
Bolqarıstan və Rumıniyanın Şengenə daxil olmaq üçün lazımi şərtləri yerinə yetirdiyini bildirən Avropa Parlamentinin deputatları, Aİ ölkələrinin hələ də iki ölkəni Şengen zonasına dəvət etməsinə qərar verməməsini tənqid edərək, bunun Avropa Vahid Bazarına zərər verdiyini iddia ediblər.
Qeyd edək ki, AB-nin 27 üzvündən Bolqarıstan, Rumıniya, Xorvatiya, Kipr yunan administrasiyası və İrlandiya Şengen bölgəsinə daxil edilməyib. Ancaq İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn AB üzvü olmasalar da, Şengenə daxildirlər.
Avropa Parlamentinin deputatları 2018, 2020 və 2021-ci illərdə də Bolqarıstan və Rumıniyanın Şengenə daxil edilməsini tələb edən qətnamə layihələrini qəbul ediblər.
Bir ölkənin Şengen zonasına daxil olması üçün Aİ ölkələri yekdil qərar qəbul etməlidir.


















