Boris Conson yeddinci dəfə ata oldu

image-borisbackend

Böyük Britaniyanın Baş naziri Boris Conson yeddinci dəfə ata olub.

Busaat.az  “Sky News” telekanalına istinadən xəbər verir ki, Consonun həyat yoldaşı Kerri qız övladı dünyaya gətirib.

2021-ci ilin mayında belə məlum olub ki, Conson və nişanlısı Kerri Saymonds gizli mərasimlə ailə həyatı qurublar. 2020-c ilin aprelində cütlüyün Uilfred adlı oğlu dünyaya gəlib.

Bununla yanaşı, Baş nazirin hüquqşünas Marina Uiler ilə nikahdan 4 övladı, sənətşünas Helen Makintayrdan nikahdankənar bir qızı var.

Boris Conson daha əvvəl 6 övladının olduğunu etiraf etmişdi.

Qafqazinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki