Böyük Britaniya “Vaqner”i terror təşkilatı elan etməyə hazırlaşır

image-vaqnerbackend

Böyük Britaniya “Vaqneri” rəsmən terror təşkilatı elan etməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuatda məqalə dərc olunub.

“Aydın və sadə məsələdir, onlar (“Vaqner”) terrorçudurlar və verəcəyimiz əmrlə Britaniya bunu öz qanunlarında açıqlayacaq. “Vaqner” talanlarda, işgəncələrdə, vəhşicəsinə qətllərdə iştirak edib. Onun Ukrayna, Yaxın Şərq və Afrikadakı hərəkətləri qlobal təhlükəsizliyə təhdiddir”,- Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman deyib.

Yerli mətbuatın yazdığına görə, Braverman “Vaqner” qrupunu Rusiya prezidenti Vladimir Putinin Rusiyadan kənarda “hərbi maşını” adlandırıb.

“Vaqner”in terror təşkilatı elan edilməsi ilə bağlı yekun bəyanatın sabah veriləcəyi gözlənilir.

Qeyd edək ki, rəsmi olaraq terror təşkilatı elan olunarsa, “Vaqner” tərəfdarları 14 ilə qədər həbs oluna bilər və 2000-ci il Terror Aktı çərçivəsində mallarının dondurulması və ya müsadirə edilməsi kimi tədbirlər tətbiq oluna bilər.

Həmçinin, “Vaqner” və onun iclaslarında iştirak etmək və onlara dəstək olmaq, ictimai yerlərdə onu təmsil edən gerbləri, loqoları və bayraqları daşımaq da cinayət olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90