Böyük çillə BAŞLADI

Böyük çillə BAŞLADIbackend

Azərbaycanda təbiət hadisəsi baş verib. Dekabrın 22-si Bakı vaxtı ilə səhər saat  08:19 dəqiqədən Azərbaycan ərazisində qış fəsli başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-si də isə ən qısa gündüz kimi 2019-cu ilin tarixinə düşəcək.

Bu gündən etibarən Xalq təqviminə görə, Böyük çillə başlayıb və 40 gün davam edəcək.

Təxminən  5 gün ərzində – dekabrın 22-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq.

Daha sonra gecələr qısalmağa, gündüzlər uzanmağa başlayacaq.

Qeyd edək ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.

Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 20-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki